İndiyə qədərki ən təhlükəli variant: Dəri ilə təmasda olduqda ötürülür!

saytların hazırlanması

Evə çatdırılma

İndiyə qədərki ən təhlükəli variant: Dəri ilə təmasda olduqda ötürülür!

Sağlamlıq

06 İyul 2024 13:14 2633


Dünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun (Mpox) yeni variantının Konqo Demokratik Respublikasının şərq sərhədi boyunca sürətlə yayıldığını və hələ ki, ən təhlükəli variant olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, mövcud epidemiya əvvəlcə cinsi yolla ötürülmə ilə başlayıb, lakin indi sözügedən xəstəliyin  dəridən dəriyə yaxın təmasda da ötürülə biləcəyinə dair sübutlar var.

Hazırda yoluxmuş şəxslər arasında məktəbli uşaqlar, tibb işçiləri daha çox üstünlük təşkil edir. pizza hut

Cənubi Afrikada epidemiya indiyədək 3 nəfərin həyatına son qoyub.

Mpox simptomları əvvəlcə olduqca qeyri-müəyyən olur: yorğunluq, ağrılar, qızdırma, baş ağrısı, tənəffüs simptomları və sonda səpgi.

Bu xəstəliyin səpkiləri digərlərindən fərqlidir. Mpox virusunda səpgi qaşınma və ağrılı ola bilər və tez bir zamanda maye ilə dolur sonra isə qabıqlanır. Bu şişlikdəki maye yoluxucudur və dəsmal və ya diş fırçalarını paylaşmaqla yayıla bilər.

Bəzi insanlarda yalnız bir neçə yerdə şişkinlik yaranır və bədəndəki yerlərindən asılı olaraq, onları görmək çətin olur. Digərlərində isə ümumiyyətlə, simptomlar yoxdur. Mpox müalicəsi, ilk növbədə, dəstəkləyici müalicə olsa da (istirahət, maye qəbulu və ağrıların aradan qaldırılması kimi), ağır mpox diaqnozu ilə xəstəxanaya yerləşdirilən insanlar geniş spektrli virus əleyhinə preparatlarla müalicə olunur.

Getdikcə daha çox insan mpox xəstəliyinə tutulduqca, epidemiya Afrikadan kənarda da yayılaraq digər Afrika ölkələrinə yayılıb və o vaxtdan bəri 116 ölkədə aşkarlanıb.

2022-ci ilin iyul ayında DST mpox-u beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti elan edib.

Epidemiya başlayandan indiyədək ümumilikdə 97.745 nəfər virusa yoluxub, 203 nəfər isə ölüb. Əksər hallar daha az ağır dərəcəli II variant kimi təsdiq edilib.

Şeyla Səmiyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!