İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 435 nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 435 nəfərə çatdı

Dünya

30 Noyabr 2025 18:24 668


İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 435-ə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" rəsmi məlumatlara istinadən məlumat yayıb.

Bir çox ərazilərdə yollar dağılıb, telekommunikasiya infrastrukturu zədələnib. Xilasetmə və humanitar yardım qrupları quru yolu ilə əlçatmaz ərazilərə yardım çatdırmaq üçün helikopterlərdən istifadə edib. pizza sifarişi

Bundan əvvəl ölənlərin sayının 303 olduğu bildirilmişdi.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi bildirib ki, fəlakətə ötən həftənin sonundan bölgədə davam edən güclü yağışlar səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına mane olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!