İndoneziya təyyarə qəzasından sonra bu dəfə zəlzələ ilə sarsılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Meteorologiya, İqlim və Geofizika Agentliyindən (BMKG) açıqlama verib.
İlkin məlumata görə, Qərbi Sulavesi əyalətindəki 6.2 zəlzələsində 35 nəfər ölüb və yüzlərlə insan yaralanıb. Pepperoni pizza
Zəlzələnin Majene şəhərindən 6 kilometr şimal-şərqdə və 10 kilometr dərinlikdə baş verdiyi diqqətə çatdırılıb.
Qərbi Sulavesi Əyaləti Hökümət sözçüsü Səfəruddin Sanusi məsələ ilə bağlı açıqlamasında sakinlərin qida və tibbi ləvazimatlara, o cümlədən çadırlara ehtiyacı olduğunu bildirib. Hazırda bölgədə axtarış və xilasetmə əməliyyatları davam edir. Hadisə nəticəsində Majenedə 637 nəfər yaralanıb.
Telegram kanalımız