Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti özündə bir yandan olduqca ciddi siyasi mesajlar daşıyır, digər tərəfdən hər birimizi böyük ruh yüksəkliyinə kökləyir.
Hörmətli Mehriban xanımın müasir informasiya platformalarında mübarizə aparan gənclərimizə tövsiyələri, eləcə də Azərbaycanın internet istifadəçilərinin təxribata uymamaları üçün çağırış etməsi, insanlarımızın ağı qaradan seçmək bacarıqlarını qiymətləndirməsi böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətindəki bu fikirlər indiki həssas dönəmdə ölkə vətəndaşlarının qarşısında mühüm vəzifələr qoyur: “Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Pepperoni pizza
Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm”.
Mehriban xanımın müraciəti eyni zamanda Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsini zədələmək istəyən bəzi insanlara ən doğru və dolğun cavabdır.
Müraciətdə qeyd olunan bir çox məsələlər, o cümlədən sosial şəbəkə istifadəçilərinə verilən tövsiyyələr müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşları üçün ciddi strateji fəaliyyət istiqamətlərini müəyyən edir, insanları, birliyə, həmrəyliyə çağırır.
Düşünürəm ki, hər birimiz siyasi uzaqgörənliyin, humanizm prinsiplərinin hakim olduğu bu müraciəti müəyyən mənada əsgərləri olduğumuz informasiya müharibəsinin Strateji Yol Xəritəsi kimi qavramalı, oradakı ciddi mesajları fəaliyyət prinsipimizə çevirməli, vətəndaş mövqeyimizi daha da möhkəmləndirməliyik.
Millət vəkili Emin Hacıyev
Telegram kanalımız