İngiltərədə koronavirusla mübarizədə tibbi ləvazimat qıtlığı yaşadığı halda ölkədəki bəzi firmalar başqa ölkələrə milyonlarla fərdi qoruyucu vasitə göndərib.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən İngilis şirkətləri yardım təkliflərinin dövlət tərəfindən nəzərə alınmadığını ,ona görə belə addım atıldığı bildiriliblər: "Başqa seçimimiz yox idi, anbarlarda Çindən alınan milyonlarla qoruyucu vasitə var. Hökumət təkliflərimizi məhəl qoymur. Nəticədə bunları hər gün Almaniya, İspaniya və İtaliya da daxil olmaqla Avropa Birliyi ölkələrinə göndəririk".
Qeyd edək ki, təxminən 100 tibb işçisi İngiltərədə tibbi ləvazimat çatışmadığı üçün həyatını itirib. pizza hut
Sayad Həsənli
Telegram kanalımız