Bir müddət əvvəl Türkiyədən İngiltərəyə göndərilən tibbi ləvazimatların İngiltərə standartlarına uyğun olmadığı ortaya çıxıb.
Yenisabah.az xəbər verir ki, iki həftə əvvəl Türkiyənin ixracat qadağasını ləğv etməsinə səbəb olan maskalar İngilis mətbuatında gündəm mövzusu olub. Belə ki, "BBC", "Telegraph", "The Guardian" kimi nüfuzlu qəzetlərlə yanaşı, "Daily Mail", "The Sun" kimi ölkənin qabaqcıl tabloid qəzetləri də Türkiyədən alınan qoruyucu ləvazimatlardan yazıb. Sosial şəbəkələrdə də müzakirə predmeti olan məsələ İngilis televiziyalarına qədər gedib çıxıb. BBC bu haqda yazısında Türkiyədən gələn önlüklərin təhlükəsizlik standartlarına cavab vermədiyini bildirib: "Ötən ay hərbi təyyarə ilə gətirilən ləvazimatlar hökumətin anbarında saxlanılır. Hökumətin tədarükçüdən geri ödəmə alıb-almayacağı hazırda məlum deyil. İngiltərə hökuməti gecə-gündüz qoruyucu vasitələr tapmağa çalışır".
"Daily Mail" isə ilk əvvəl ləvazimatlar alınan zaman yaşadıqları böyük sevinci xatırladıb. Daha sonra bildirib ki, İngilis səhiyyə və təhlükəsizlik müfəttişləri qoruyucu avadanlıqların faydasız olduğunu deyir. "The Guardian" qəzeti bir qədər fərqli mövqe ortaya qoyub. Belə ki, yazılanlara görə, İngiltərənin Səhiyyə Nazirliyi bu ləvazimatları geri qaytaracaq və ödənilən pulun da geri verilməsi üçün müraciət edəcək. pizza sifarişi
"Telegraph"ın yazdığı başlıq isə sözün əsl mənasında gündəmi çalxalayıb. Qəzet başlığa "Air Jenrick"in gətirdiyi önlüklər testi keçmədiyi üçün geri qaytarılır" yazıb. Qəzetə açıqlama verən rəsmilərdən biri bu ləvazimatlara ciddi pul və vaxt xərcləndiyini vurğulayıb. Həmçinin dövlət rəsmisi bu avadanlıqların həkimlər üçün risk ola biləcəyini də diqqətə çatdırıb.
Sayad Həsənli
Telegram kanalımız