İngilislərin Cengiz “savaş”ı - 40 milyonluq təklif 

saytların hazırlanması

Evə çatdırılma

İngilislərin Cengiz “savaş”ı - 40 milyonluq təklif 

İdman

07 Yanvar 2020 09:42 1068


“Roma”nın (İtaliya) və Türkiyə milli komandasının futbolçusu Cengiz Ünder İngiltərə Premyer Liqasında çıxış edə bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, yarımmüdafiəçi ilə “Tottenhem” və “Everton” klubları maraqlanır. Hər iki klub rəhbərliyi 22 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.  Sezar pizza

Qeyd edək ki, 2017-ci ildən “canavarlar”ın heyətində çıxış edən oyunçu ilə bir müddət əvvəl daha 4 illik - 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Xatırladaq ki, futbolçu İtaliya təmsilçisinin heyətində 76 oyun keçirib ki, bu matçlarda da 15 qol, 11 məhsuldar ötürməyə imza atıb. Yarımmüdafiəçi cari mövsüm 11 görüşdə meydana çıxıb və 1 qol vurub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!