İngiltərə hökumətinin koronavirusdan xəbəri olub   – Qorxunc iddia

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə hökumətinin koronavirusdan xəbəri olub – Qorxunc iddia

Dünya

25 Aprel 2020 11:40 1004


Koronavirus səbəbilə ağır günlər yaşayan ölkələrdən olan İngiltərədə gündəmi silkələyən sənəd ortaya çıxıb

Yenisabah.az xəbər verir ki, sənədi "Guardian" qəzeti yayıb. Məlumata görə, sözügedən sənədlə İngitərənin nazirlərinə bir il əvvəl virus xəbərdarlığı edilib. 

Bildirək ki, hökumətin elm məsləhətçiləridən Cənab Patrik Vallans imzalı sənəd "Milli Təhlükəsizliyin Qiymətləndirilməsi 2019" adlanır. Hesabatınn qiymətləndirilməsindəki "yüksək risk" ifadəsi diqqət çəkir. Lazımi avadanlıqların yığılması və sosial tədbirlərin görülməsinə çağıran 600 səhifəlik hesabatda aşağıdakı ifadələr yer alıb: "Pandemiya 3 dalğa şəklində yaşana bilər və hər birinin 15 həftə davam etməsi mümkündür. Bu dalğaların zirvə nöqtəsi 6 və 7-ci həftələrdə olacaq. Əhalinin 50 faizi bir və ya bir neçə dalğa ərzində virusdan ciddi şəkildə təsirlənə bilər. Asemptomatik xəstələrə görə, bu say daha da arta bilər. Virus ölkədə 65 min 600 nəfərin ölümünə yol aça bilər. Virusun İngiltərədəki iqtisadi dəyəri 2.3 trilyon funt sterlinq ola bilər. Pandemiya başa çatsa da, səhiyyə sisteminin bərpası aylar, hətta illərlə davam edə bilər".  pizza

Qeyd edək ki, hadisə üzə çıxdıqdan sonra hökumətə yaxın olan bir mənbə qəzetə açıqlama verib və bu ifadələri işlədib: "Əsəbləşdirən odur ki, mümkün planlar var idi. Lakin son bir neçə ildə fövqəladə vəziyyət planlamaları siyasi mövzulara və "Brexit"ə yönəldi" 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!