İngiltərə karantin rejimini sərtləşdirir

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə karantin rejimini sərtləşdirir

Dünya

21 Sentyabr 2020 15:23 1223


İngiltərənin Səhiyyə naziri Matt Hankok koronavirusla mübarizə çərçivəsində tədbirləri daha da sərtləşdirəbiləcəklərini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, nazir bunu son günlər ölkədə yoluxma sayının kəskin artmasına reaksiya olaraq deyib. O qeyd edib ki, yay aylarında insanlar qaydalara məhəl qoymayıb və rahat davranıblar:

"Artıq qaydalara riayət etmək üçün hamı özünə gəlməlidir. Lazım gələrsə, milli karantin tətbiqinə də hazır olmalıyıq. Bunu diqqətdən qaçırmaq olmaz. Koronavirus testi çıxanlar özlərini evlərində izolyasiya etməlidirlər. Bunu etməyənlərə ilk mərhələdə 1000 sterlinq, ikinci mərhələdə isə 10 min sterlinq pul cəzası tətbiq olunacaq". Sezar pizza

Qeyd edək ki, İngiltərədə 14 sentyabrdan etibarən 6 nəfərdən çox insanın bir araya toplaşması qadağan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!