“İngiltərə koronavirusdan ölənlərin sayını gizlədir”   - İddia

saytların hazırlanması

Evə çatdırılma

“İngiltərə koronavirusdan ölənlərin sayını gizlədir” - İddia

Dünya

15 Aprel 2020 13:26 656


İngiltərədə qocalar evində ölənləri də nəzərə alsaq,pandemiya qurbanlarının sayı rəsmi rəqəmlərdən15% daha çoxdur.

Yenisabah.az xəbər verir ki, bunu statistikaçı Nik Strayp deyib.

“Ölüm şəhadətnamələrindən əldə edilən bilgiyə baxsaq, koronavirus səbəbilə ölənlərin sayı Səhiyyə Nazirliyinin açıqladığı rəqəmdən15% çoxdur”, - N.Strayp bildirib. pizza sifarişi

Onun sözlərinə görə, İngiltərə Səhiyyə Nazirliyinin günlük açıqladığı statistik məlumatlar sadəcə xəstəxanada qeydə alınan ölümləri əks etdirir. Milli Statistika Komitəsi isə xəstəxana xaricində olan ölümləri də əlavə edir.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 12 107 nəfərdir. Ölkədə indiyədək qeydə alınmış koronavirus hallarının sayı 93 873-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı2 005 000-i ötüb. Bunların 485 827 nəfəri sağalıb,126 839 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!