İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu

İdman

08 İyul 2023 22:14 1176


21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın final görüşündə İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş ingilislərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub. pizza hut

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruiz penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!