İngiltərə Premyer Liqası: Ronaldonu meydana buraxmadılar

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə Premyer Liqası: Ronaldonu meydana buraxmadılar

İdman

20 Oktyabr 2022 13:02 938


"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq İngiltərə Premyer Liqasının 12-ci turunda "Tottenhem"lə matçda (2:0)  Kriştiano Ronaldonu oynatmamasının səbəbi haqda danışıb.

Yenisabah.az "Manchester Evening"ə istinadən xəbər verir ki, o, start heyətdə Markus Reşfordu seçməsi ilə bağlı deyib.

“İlk növbədə, düşünürəm ki, “Tottenhem”ə qarşı yaxşı pressinq lazımdır. Bizə yaxşı əks-təzyiq vacib idi. Çünki nəticədə şanslar yarada bilərsiniz, ona görə də bizə çox yaxşı pressinq edən oyunçular lazım idi. Hücumda dinamika əsasdır və Markus bunu edə bilir. "Nyukasl" matçının son 20 dəqiqəsində meydana girdiyi andan oyunu necə dəyişdiyini, daha dinamik hala gətirdiyini, daha çox sərbəst zonalar olduğunu və oyunçuların faydalandığını gördünüz". pizza hut

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 19 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.

Xatırladaq ki, Ronaldo ehtiyatda qaldığı "Tottenhem"lə görüşün 90-cı dəqiqəsində matç bitməmiş paltardəyişmə otağına gedib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!