İngiltərə Premyer Liqasından 7,8 milyardlıq müqavilə! 

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə Premyer Liqasından 7,8 milyardlıq müqavilə! 

İdman

05 Dekabr 2023 12:15 1177


İngiltərə Premyer Liqası yeni yayım müqaviləsi bağlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. "Sky Sports" və "TNT Sports" telekanalları ilə bağlanan müqavilənin maddi dəyəri 6,7 milyard funt sterlinqlik (7,8 milyard avro) təşkil edir. 

Bildirilir ki, müqavilə dörd ili (2025- 2029) əhatə edir. Premyer Liqa oyunlarının əksəriyyətini - mövsümdə 215 oyunu göstərmək hüququnu "Sky Sports" əldə edib. "TNT Sports" isə yalnız şənbə günü günorta vaxtı keçirilən matçların yayım hüququnu özündə saxlayıb. Bu formatda yayımçı hər mövsüm 52 görüş nümayiş etdirə biləcək.  pizza mizza

Qeyd edilir ki, İngiltərə Premyer Liqası indiki müqavilənin şərtlərindən razı qalıb. Əvvəlki müqavilə ilə müqayisədə indiki dəyərini dörd faiz artıra bilib. Məlumata görə, hazırda heç bir Avropa futbol liqası belə qazanc əldə etməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!