İngiltərə qarışdı: Polislə aksiya iştirakçıları toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

İngiltərə qarışdı: Polislə aksiya iştirakçıları toqquşdu

Dünya

14 Mart 2021 10:32 660


Londonda itkin düşdükdən sonra cəsədi meşəlik ərazidə tapılan Sarah Everard üçün anım mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, bu zaman polis və iştirakçılar arasında qarşıdurma yaranıb. Buna səbəb isə aksiyanın icazəsiz keçirilməsi olub.

Hazırda Britaniyadakı karantin şərtlərinə görə iki nəfərdən artıq toplaşmaq qadağandır. Buna baxmayaraq S.Everardın xatirəsini yad etmək istəyən yüzlərlə insan bir araya gəlib və bu zaman polis toplaşanlara müdaxilə edib.  Marqarita pizza

Modern.az xatırladır ki, 33 yaşlı S.Everard martın 3-də dostlarının evindən çıxdıqdan sonra itkin düşüb. Onun cəsədi İngiltərənin Aşford şəhərində meşəlik ərazidə tapılıb. 48 yaşlı polis məmuru Veyn Kuzens Everardın qaçırılması və öldürülməsi ittihamı ilə həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!