İngiltərədə də maska taxmaq məcburi olacaq

saytların hazırlanması

Evə çatdırılma

İngiltərədə də maska taxmaq məcburi olacaq

Dünya

06 İyun 2020 14:00 969


İngiltərədə 15 iyundan etibarən ictimai nəqliyyatdan istifadə edən insanlar üçün maska taxmaq məcburi olacaq. 

Yenisabah.az xəbər verir ki, bununla yanaşı, bütün xəstəxana ziyarətçiləri, ambulatorlar, o cümlədən bütün işçilər də maska taxmalı olacaqlar. Lakin tibb işlərinin maskaları cərrahi maskalar olacaq. Həmçinin hökumət tərəfindən sosial məsafənin qorunması mümkün olmayan digər qapalı məkanlarda da üz örtüklərinin taxılması tövsiyyə edilir.

Bildirək ki, bu yeni qaydalar sərt məhdudiyyətlərin bəzilərinin yumşaldılması ilə üst-üstə düşəcək. Belə ki, 15 iyundan etibarən İngiltərədə nazirlər daha vacib olmayan pərakəndə satış yerlərinin açılmasını və bəzi orta məktəb şagirdlərinin də məktəbə qayıtmasını istəyir. Lakin bu ictimai nəqliyyata təzyiq göstərə və sosial məsafəni daha da çətinləşdirə bilər.  Dördpendirli pizza

Hökumət mövcud vəziyyətlə bağlı insanlara etməli olduqları şeyləri xatırladıb: "Əgər edə bilirsinizsə, evdən işləyin. Yox, bu mümkün deyilsə, ictimai nəqliyyatdan çəkinin. Yox, əgər bu da mümkün deyilsə, onda çalışın ki, pik saatlarda ictimai nəqliyyatdan istifadə etməyəsiniz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!