Koronavirusun ən çox təsir göstərdiyi ölkələrdən olan İngiltərədə bu gündən etibarən mağazalar və müəssisələr təkrar fəaliyyətə başlayıb.
Yenisabah.az xəbər verir ki, İngiltərənin baş naziri Boris Conson Londondakı mağazalardan birinə gedərək oradakı vəziyyəti yoxlayıb.
Bildirək ki, bugünədək İngiltərədə 41 min 698 nəfər COVID-19 səbəbilə həyatını itirib. Yoluxanların sayı isə son sutka ərzində 1 514 nəfər artaraq 295 min 889 nəfərə çatıb. Təkcə 24 saatda 144 min 865 test edilib və beləliklə, ümumi test sayı 6 milyon 772 min 602 olub. Bu göstəricilərlə İngiltərə Avropada birinci, dünyada isə üçüncü yerdə dayanır. Sezar pizza
Telegram kanalımız