İngiltərədən “Neftçi“yə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

İngiltərədən “Neftçi“yə şad xəbər

İdman

24 May 2021 12:36 1280


Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq 26 klub müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bunların 13-ü səpələnmişlər, 10-u səpələnməmişlər səbətində yer alıb. 3 klubun isə hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.

Bu mövsüm ölkəmizi ÇL-də təmsil edəcək "Neftçi" səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Samir Abasovun komandası səpələnmişlərə, yəni daha güclü komandalara potensial rəqibdir. pizza

Ötən gecə İngiltərə Premyer Liqasının son turundakı nəticələr "Neftçi" üçün sevindirici məqamla əlamətdar olub. Çempionlar Liqasının finalçısı olan "Çelsi" son turda yeni mövsüm üçün də bu turnirə vəsiqə qazanıb. Bu isə yarışın 2021/22 mövsümünün komanda bölgüsündə dəyişikliklərlə nəticələnib. Məsələ burasındadır ki, “Çelsi”nin uğuru sayəsində "Olimpiakos" (Yunanıstan) və "Srvena Zvezda" (Serbiya) artıq 1-ci deyil, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu komandalar isə "Neftçi" üçün çətin rəqiblərdən sayılırdı.

Çemponlar Liqası

1-ci təsnifat mərhələsi

Səpələnmişlər: "Dinamo" (Zaqreb, Xorvatiya), "Ludoqorets" (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), "Legiya" (Polşa), "Şerif" (Moldova), “Ferensvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Dinamo" (Tbilisi, Gürcüstan), "Jalgiris" (Litva), "Slovan" (Slovakiya), "Flora" (Estoniya), "Buduçnost" (Monteneqro)

Səpələnməmişlər: "Helsinki" (Finlandiya), "Şaxtyor" (Belarus), "Neftçi" (Azərbaycan), "Şemrok Rovers" (İrlandiya), "Konnahs Kuey" (Uels), "Valyur" (İslandiya), “Bude Qlimt” (Norveç), "Mura" (Slovenoya), "Banya" (Bosniya və Herseqovina), “Hamrun Spartans” (Malta)

Qeyri-müəyyənlər: “Kayrat” (Qazaxıstan), "Linkoln" (Cəbəllütariq), "Riqa" (Latviya)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!