Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") quru qüvvələrinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Arazboyu ərazisində təlimləri başlayıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu böyük təlimin keçirilməsi "Sepah"ın illik məlumatlandırılmış təqvimə uyğun olaraq keçirilir.
Məqsəd quru qoşunlarının döyüş hazırlığının yüksəldilməsidir. Pepperoni pizza
Təlimlərdə paraşütlü helikopter əməliyyatları, gecə həmləsi, və intiharçı pilotsuz uçuş aparatların hücumu, həmçinin Araz çayı üzərində körpü qurulması, kommunikasiyaların və yüksəkliklərin tutulması və s. həyata keçiriləcək.
İİKK quru qoşunları komandanı general Məhəmməd Pakpur deyib: "Bu təlimin mesajı qonşu ölkələrə sülh və dostluq, sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlərin isə digər silahlı qüvvələrlə birlikdə İran sərhədlərini müdafiə etməyə hazır olmağımız və istənilən təhdidlərə qətiyyətlə cavab verəcəyimizdir".
Telegram kanalımız