İnsan alverində ittiham olunan müğənnidən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İnsan alverində ittiham olunan müğənnidən açıqlama

Dünya

11 Fevral 2025 01:53 506


Müğənni və 64 yaşlı yazar Nil Qeymanın həyat yoldaşı Amanda Palmer, keçmiş ev işçisi tərəfindən qaldırılan mülki iddiada insan alveri ilə bağlı iddiaları rədd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə nəlumat yayıb.

"Mənə qarşı irəli sürülən konkret ittihamlara cavab verməyəcəyəm, amma deyəcəyəm ki, onları inkar edirəm və vaxtında cavab verəcəyəm" deyə, Palmer instaqramda yazıb. Toyuqlu pizza

Qeyd edək ki, cütlüyün övladlarının dayəsi Skarlet Pavloviç müğənni Amanda Palmerə qarşı məhkəmə iddiası qaldırıb. İddiaçı, yazıçını təkrar zorlama və cinsi təcavüzdə, Palmeri isə onu Qeymanla münasibətə təhrik və tanış etməkdə günahlandırıb.

Xatırladaq ki, Qeymanla Amanda ayrı yaşayırlar. Onların Entoni adlı bir övladı var. Yazarın birinci həyat yoldaşı, aktrisa Meri Makqratdan da üç övladı var./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!