İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

Siyasət

22 İyul 2020 17:05 1019


Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Yenisabah.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə bununla bağlı aşağıdakı işləri görmək həvalə edilib:

2.1. bu Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Marqarita pizza

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!