İnsan dərili robot - Yapon alimlərin kəşfi

saytların hazırlanması

Evə çatdırılma

İnsan dərili robot - Yapon alimlərin kəşfi

Maraqlı

10 İyun 2022 16:50 1056


Tokio Universitetinin alimləri canlı insan dərisi ilə örtülmüş robot barmağı hazırlayıb.

Yenisabah.az “Guardian”a xəbər verir ki, özünü sağalda bildiyi nümayiş etdirilən barmaq təsirli bir texniki nailiyyət sayılır. Lakin bəzi elm adamları bunun insanları qorxudacağını düşünür.

Tədqiqata rəhbərlik edən professor Şoci Takeuçi bildirib: “Dəri toxumasının robotun səthinə nə qədər uyğun gəldiyi bizi təəccübləndirdi. Bu, canlı dəri ilə örtülmüş robotların yaradılması istiqamətində atılan ilk addımdır". pizza mizza

Sözügedən robotlar xidmət sanayesində və tibbi sahələrdə insanlara daha yaxın olacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!