İnsan qanı haqqında bilmədiklərimiz...

saytların hazırlanması

Evə çatdırılma

İnsan qanı haqqında bilmədiklərimiz...

Maraqlı

18 Yanvar 2024 23:51 1747


Maraqlı quruluşa malik insan qanı haqqında bəzi məlumatlar olduqca heyrətamizdir.

Yenisabah.az həmin məlumatları təqdim edir:

Yetkin bir insanın bədənindən bütün qanı çıxarmaq üçün 1 milyon 120 min ağcaqanad lazımdır. Dominos pizza

Ürək qanı dövr etmək üçün 30 fut, yəni 9 metr yüksəklikdən qan axını buraxacaq qədər təzyiq yaradır.

25 gündə bədəndə qan dövranı sistemindən keçən qan miqdarı təxminən orta ölçülü bir hovuza bərabərdir.

İnsanın qanının 40 faizini itirsə belə, sağ qala bilər. Təbii ki, belə bir vəziyyətdə sürətli qanköçürmə çox vacibdir.

Kokos suyunu təşkil edən komponentlər qan plazmasına çox oxşardır. Kim bilir, bəlkə gələcəkdə qan plazması yerinə hətta kokos suyu da istifadə oluna bilər.

Alimlər araşdırmalarında xarakter və qan qrupları arasında əlaqə tapdılar. Yaponiyada insanlar inanırlar ki, qan qrupları insanların şəxsiyyət xüsusiyyətlərinə, işdə və şəxsi münasibətlərdə uğurlarına təsir edir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!