İnsan qanında ilk dəfə olaraq mikroplastiklər tapılıb.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, alimlər tam sağlam 22 donorun qan nümunələrini təhlil edib və subyektlərdən 17-nin qanında plastik hissəciklər tapıblar.
Araşdırmada qan nümunələrinin yarısında içki qablarında çox istifadə edilən PET plastik, üçdə birində qida və digər məhsulların qablaşdırılmasında istifadə edilən polistirol, dörddə birində isə plastik torbaların hazırlanmasında istifadə edilən polietilen aşkar edilib. pizza mizza
Hollandiyanın Vrije Universitetinin ekotoksikoloqu professor Dik Vethaak bildirib ki, mikroplastiklər insan bədənində hərəkət edir və orqanlara yerləşə bilir.
O qeyd edib ki, dəhşətli fakt isə körpələr və uşaqların buna qarşı müdafiəsiz olmasıdır.
Telegram kanalımız