Müğənni Xatirə İslam yürüş zamanı baş verən hadisələrlə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.
Yenisabah.az xəbər verir ki, o Milli Məclis Aparatına girən aksiyaçıların bunu bekarlıqdan, sıxılmaqdan, pulsuzluqdan etdiyini deyib:
"Məncə ölkəmizdə baş verən bəzi artıq hərəkətlər bekarçılıqdandır. İnsanlar "tıncıxır", nənəm demişkən. Karantin bitsə hamı işinə-gücünə getsə hər şey öz yoluna düşərdi. Sizcə doğru düşünürəm? Özünü doğramaq, Milli Məclisi sındırıb-dağıtmaq bunlar sizcə sıxılmaqdan, bekarçılıqdan, çətinlikdən, işsizlikdən, pulsuzluqdan deyilmi?!" pizza mizza
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.
Telegram kanalımız