“İnsanlar gənclərin siyasətə gəlməyini dəstəkləyir” – Emin Hacıyev 

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar gənclərin siyasətə gəlməyini dəstəkləyir” – Emin Hacıyev 

Siyasət

01 Fevral 2020 14:50 1734


Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyevin Sumqayıt şəhəri 9-cu mikrorayon 10/27 ünvanında yaşayan və 71 saylı binanın sakinləri ilə görüş keçirib.

“Yeni Sabah” xəbər verir ki, görüşdə deputatlığa namizəd, onun vəkilləri çıxış edib, seçicilərin sualları cavablandırılıb.

E. Hacıyev iş prinsipi və platforması ilə bağlı seçicilərə məlumat verib. Seçiciləri dinləyən namizədin vəkilləri onların qaldırdıqları problemləri, narahat edən məsələləri, rəy və təkliflərin hamısını qeyd ediblər.  Sezar pizza

E. Hacıyev deyib: “Öz timsalımda müşahidə edirəm ki, insanlar gənclərin siyasətə gəlməyini dəstəkləyir, yeni parlamentin islahatlarını səbirsizliklə gözləyirlər. Mənə etimad göstərildiyi təqdirdə seçicilərimin və partiyamın inamını doğruldacağıma, Sumqayıt üçün faydalı olacaq islahatların durmadan artacağına söz verirəm! Hər bir görüşdə olduğu kimi, bu görüşdə də sakinlərin ölkə rəhbərliyinə, təmsil olunduğum YAP-a güclü dəstəyini müşahidə edirəm”.

Görüş zamanı sakinlər Azərbaycanda idarəçilikdə ciddi islahatların getdiyini, Milli Məclisə keçirilən növbədənkənar parlament seçkisinin də bu islahatların bir göstəricisi olduğunu vurğulayıblar. 

Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!