İnsanlar niyə kədərli musiqi dinləməyi sevirlər? 

saytların hazırlanması

Evə çatdırılma

İnsanlar niyə kədərli musiqi dinləməyi sevirlər? 

Maraqlı

17 İyun 2024 16:27 1423


Alimlər insanların niyə həzin və kədərli musiqini xoşlaması sualına cavab tapıblar. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu öyrənmək üçün Avstraliyanın Cənubi Uels Universitetinin tədqiqatçıları 50 nəfərlə təcrübə aparıblar. 

Subyektlər onları kədərləndirəcək hər hansı bir musiqi parçası seçiblər.  Dominos pizza

Musiqi bitdikdə eksperiment iştirakçılarından ağladıqdan və musiqini dinlədikdən sonra yüngüllük hiss yaranıb-yaranmadığı soruşulub. Maraqlıdır ki, iştirakçıların əksəriyyəti özünü daha yaxşı hiss etdiyini bildirib. 

Tədqiqatın aparıcı müəllifi, professor Emeri Şubert bu fenomeni insanların bəzən kədərli musiqi dinləməkdən faydalandığını söyləməklə izah edib. 

Kədərli musiqi təhlükəsiz mühitdə güclü emosiyalar yaşamağa və hisslərinizi daha yaxşı başa düşməyə kömək edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!