“İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar” -   Nazir 

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar” - Nazir 

Sosial

26 İyun 2019 13:12 1199


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın halları ilə bağlı vətəndaşlara müraciət edib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, insanlar diqqətli olmalıdır: “Rayonlarda biçilmiş əraziləri yandırırlar. Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər.

Nazirliyin marifləndirici çarxları Kütləvi İnformasiya Vasitələrində mütəmadi yayımlanır. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar. Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!