İnsanlıq adına utanc: İtləri avtomobilin arxasına taxıb sürüdü

saytların hazırlanması

Evə çatdırılma

İnsanlıq adına utanc: İtləri avtomobilin arxasına taxıb sürüdü

Dünya

21 Aprel 2025 18:00 323


türkiyənin Bucak rayonunda 50 yaşlı R.P. adlı şəxsin avtomobilinin arxasına bağlayaraq kilometrlərlə sürüdüyü 2 it ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yaralı heyvanlar Antalyaya aparılaraq uzun müddət davam edəcək müalicəyə götürülüb. İtlərdən birinin ayağından isə güllə çıxarılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bucak rayonunun Yetmişevlər məhəlləsində, Sazak yolu üzərində baş verib. 15 ET 547 dövlət nömrə nişanlı avtomobilin arxasında bağlanaraq sürüdülən itlərin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib.

5 aprel tarixində saxlanılan sürücü R.P. ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Dominos pizza

Görüntüləri sosial şəbəkələrdə izləyən heyvansevər Mert Güçlü Antalyadan Burdura gələrək, R.P.-nin evindən itləri götürüb. Ayaqlarında, qarın nahiyələrində və üzlərində açıq yaralar olan heyvanlar Antalyaya aparılaraq baytarlıq klinikasında müalicəyə başlanılıb. Həkimlər bildiriblər ki, heyvanların tam sağalması üçün aylarla vaxt lazım olacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!