İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur

saytların hazırlanması

Evə çatdırılma

İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur

Hadisə

27 Dekabr 2021 10:17 1739


"Facebook"da "Şəbəkə" səhifəsi maraqlı iddia ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, səhifənin paylaşımında deyilir: 

"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstagram-da Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır.  pizza hut

Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". 

Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - deyə səhifə izləyicilərini aldanmamağa çağırıb.

Dələduzluqda ittiham olunan "Life coach" Azerina haqqında yayılan məlumatlara səthi münasibət bildirib. O, instaqramda video paylaşaraq bu ittihamların əsassız olduğunu söyləyib:

"Bundan sonra görərsiniz ki, Azerina kimdir və siz kiminlə oynamağa çalışırsınız. Və əmin olun ki, bu oyunda siz qalib olmayacaqsınız". /Musavat.Com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!