Uzun müddətdir Moskvaya köçən müğənni Rəqsanə İsmayılova son paylaşımı ilə gündəmə gəlib.
Yenisabah.az xəbər verir ki, martın 14-dən Rusiya ərazisində “İnstagram” sosial şəbəkəsinə girişin bloklanması ilə məşhurların gileyləri başlayıb.
Xüsusi proqramla “İnstagram”a girməyi bacaran Rəqsanə hesabında izləyiciləri ilə sevincini bölüşüb. Makiyaj masasının üzərinə çıxaraq “Lambada” sədaları altında rəqs edən müğənni qınaq atəşinə tutulub. Pepperoni pizza
Sosial şəbəkə istifadəçiləri yaşadığı ölkənin müharibə şəraitində olduğu halda Rəqsanənin bu cür paylaşım etməsini sərt şəkildə tənqid ediblər.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız