İntellektual yarışların önəmi – Beynəlxalq turnirlərdə necə iştirak etməli?

saytların hazırlanması

Evə çatdırılma

İntellektual yarışların önəmi – Beynəlxalq turnirlərdə necə iştirak etməli?

Sosial

17 May 2025 08:58 860


Ölkəmizdə məktəblilər və ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında tez-tez intellektual yarışlar keçirilir. Sevindirici haldır ki, gənclər arasında belə turnirlərə maraq xeyli yüksəkdir. Son illər qlobal miqyasda intellektual yarışların keçirilməsi də bir növ dəb halını alıb. 

Yüksək pul mükafatı, medal və digər təltifləndirmə metodları ilə insanların belə yarışmalara qatılmasına təşviq edilir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ölkəmizdə keçirilən intellektual yarışlarda qaliblər üçün cəlbedici mükafatlar təklif olunsa, beynəlxalq turnirlərdə iştirak üçün də yaxşı zəmin yaranar:

“Hazırda ölkəmizdə istər kiçik, istərsə də yuxarı yaş kateqoriyası üzrə intellektual yarışlar keçirilir. Məsələn, aşağı yaş kateqoriyasını götürsək, məktəblər arasında “Əlaçı” verilişini nümanə göstərə bilərik. Yuxarı yaş kateqoriyasında isə “Breyn Rinq” və “Kim? Harada? Nə zaman?” tipli oyunlardır. Əlbəttə, bizdə də bəzi komandalar var ki, bu sahədə bir çox ölkələrin də qatılığı turnirlərdə ölkəmizi təmsil edir.  pizza hut

Fikrimcə, daha böyük turnirlərdə iştirak üçün, orta və ali təhsil müəssisələrində maarifləndirici xarakterli informasiyalar verilməlidir. Digər tərəfdən, insanlarımızda bir xasiyyət var ki, hər hansı bir yarışa qatılan zaman mütləq qarşılıq gözlənilir. Yəni yarışlarda müəyyən yer tutan komandalara müəyyən pul mükafatı yaxud müxtəlif təltiflər verirlərsə, insanlar tərəfindən daha çox maraq kəsb edər. Belə yarışlar təkcə həmin turnirləri təşkil edən təşkilatçılar tərəfindən deyil, həm də öz qurumların sponsorluğu ilə həyata keçirilə bilər. Düşünürəm ki, yalnız bu formatda iştirakçıların beynəlxalq yarışlara qatılması təşkil oluna bilər”.

Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu isə qeyd edib ki, yeniyetmə və gənclərin intellektual vərdişlərinin inkişafı və dünyagörüşünün formalaşması istiqamətində müxtəlif bilik yarışları təşkil edilməsi müsbək qiymətləndirilməlidir:

“Yeniyetmə və gənclərin intellektual vərdişlərinin inkişafı və dünyagörüşünün formalaşması istiqamətində müxtəlif bilik yarışları təşkil edilməsi müsbək qiymətləndirilməlidir. Bu cür yarışlara istər məktəblilərin, istərsə də tələbələrin marağı olduqca böyükdür. 

Çünki belə yarışlar şagirdlərdə və tələbələrdə analitik və tənqidi düşüncə, komanda ilə işləmə, ünsiyyət qurma və liderlik kimi bacarıqları gücləndirir, onların özünəinamını artırır və ictimai fəallığa təşviq edir. Belə yarışlar sayəsində müxtəlif sahələr üzrə əlavə biliklər qazanılır. Beynəlxalq intellektual yarışlarda Azərbaycan komandalarının daha effektiv iştirakı və ümumilikdə bu sahənin inkişafı üçün bir sıra işlər görmək məqsədəuyğundur. Beynəlxalq intellektual yarışlarda Azərbaycan komandaları yetişdirməkdən söhbət gedirsə, bunu erkən yaşda və sistemli etmək gərəkdir. 

Beynəlxalq yarışa hazır olmaq üçün davamlı və ardıcıl şəkildə milli yarışlar təşkil edilməli və seçilən gəncləri daha da müntəzəm şəkildə beynəlxalq yarışlara hazırlaşdırmaq lazımdır. Bu məqsədlə məktəblilər və tələbələr üçün müntəzəm turnirlər və çempionatlar keçirilməli, qaliblər üzərində davamlı iş aparılmalı, milli seçmə komandalar formalaşdırılmalı və onlar üçün xüsusi təlim düşərgələri təşkil olunmalıdır. 

Bu mənada peşəkar mentorların və təlimçilərin hazırlanması da əsas planda olmalıdır. Bu məqsədlə intellektual sahədə təcrübəsi olan şəxslərdən ibarət təlimçi heyəti hazırlanmalı, gərəkirsə sahə üzrə xarici ekspertlər dəvət olunaraq treninqlər və seminarlar təşkil edilməlidir. Beynəlxalq əməkdaşlıqlar və mübadilə proqramları da önəmli məsələlər sırasındadır. Tələbələr və məktəblilər üçün beynəlxalq intellektual düşərgələrdə iştirak imkanlarının yaradılmalması, digər ölkələrin aparıcı intellektual klubları ilə əməkdaşlıq qurulması, birgə yarışlar və təcrübə mübadiləsi həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Bu məsələlərdə maliyyə və dəstək davamlı olmalıdır. Dövlət və özəl sektor tərəfindən bu sahəyə sistemli maliyyə dəstəyi ayrılmalı, sponsorluq mexanizmləri təkmilləşdirilməlidir. İntellektual hərəkatların təşviqi üçün media dəstəyi, sosial şəbəkələrdə geniş təbliğat aparılmalıdır”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki, mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!