İtaliyanın "İnter" klubunun futbolçusu Romelu Lukaku komandanın əksəriyyətində koronavirus infeksiyası əlamətlərinin olduğu barədə danışıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Football İtaliya" portalı xəbər yayıb.
"Dekabrın sonunda bir həftə istirahət etdik. Sonra işə qayıtdıq və komandadakı 25 oyunçudan 23-ü xəstələndi. "Kalyari" ilə oyun keçirdik. Təxminən 25 dəqiqədən sonra oyunçularımızdan biri meydandan getməyə məcbur oldu.Hər kəsdə öskürək və hərarət var idi", - deyə Lukaku İnstaqram səhifəsində bildirib. Dördpendirli pizza
Oyunçuların o zaman koronavirus üçün test edilmədiyi qeyd olunur. Ölkədə ilk rəsmi yoluxma hadisəsi fevral ayının sonlarında qeydə alınıb. A seriyasının futbolçuları arasında ilk yoluxma halı martın 12-də "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə aşkarlanıb. İtaliya futbol çempionatı martın 10-da qeyri-müəyyən müddətə dayandırılıb. /Trend
Telegram kanalımız