Bu gün Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.
Yenisabah.az xəbər verir ki, bir oyundan ibarət olacaq mərhələnin ilk günündə iki qarşılaşma baş tutub.
Təşkilatçı ölkənin yeganə təmsilçisi “Bayer” İtaliya “İnter”i ilə üz-üzə gəlib. Bütün qolları ilk 45 dəqiqədə vurulan qarşılaşmada Milan klubu qalib gəlib. İtaliyalıların yarımfinaldakı rəqibi “Şaxtyor” – “Bazel” oyununda müəyyənləşəcək. Pepperoni pizza
Günün digər qarşılaşmasında İngiltərə “Mançester Yunayted”i Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Yarımfinalçının adına əlavə vaxt aydınlıq gətirib. Həlledici qolu vuran mançesterliləri növbəti mərhələyə adlayıb. Onların rəqibi “Vulverhempton” – “Sevilya” qarşılaşmasında bilinəcək.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı avqustun 11-də təşkil olunacaq.
Avropa Liqası
1/4 final
10 avqust
23:00. “İnter” (İtaliya) – “Bayer” (Almaniya) - 2:1
Qollar: Barella, 15, Lukaku, 21 - Haverts, 24
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. “Merkur Şpil Arena”
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Fernandes, 94 (pen.)
Baş hakim: Klemen Turpin (Fransa)
Köln. “Reyn Enerji” stadionu
/Apasport
Telegram kanalımız