İnternat uşaqlarına qarşı dələduzluq etdi   - Cinayət işi 

saytların hazırlanması

Evə çatdırılma

İnternat uşaqlarına qarşı dələduzluq etdi - Cinayət işi 

Kriminal

17 Aprel 2020 14:42 964


"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyində təlimçi kimi çalışan Seymur Ağalar oğlu Kazımlı barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. 

“Yeni Sabah”ın məlumatına görə, internat məzunları olan Çelabanova Samirə Ələsgər qızı, Soltanov Ülvi Şövqi oğlu, Novruzov Elşad Əhliman oğlu, Əbdülhəsənov Niyazi Rəhim oğlu, Əliyeva İradə Nəhməd qızı, Məmmədov Məmmədəli Mərdəli oğlu, Abzatov İbrahim Aydın oğlu, Qurbanova Könül Arif qızı, Həsənov Abdulla Pənah oğlu və Məhərrəmov Elnur Oktau oğlu Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildiriblər ki, Seymur Kazımlıya Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən internat uşaqları üçün inşa edilən binadan ev almaq üçün müxtəlif məbləğlərdə pul veriblər. Ancaq həmin 125 nəfərlik binadan onlara mənzil çatmayıb. 

Bundan sonra fakt üzrə Seymur Kazımlı barəsində Abşeron Rayon Polis İdarəsində cinayət məcəlləsinin 178.2.2-ci (dələduzluq- təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və o, həbs olunub. Ancaq istintaq dövründə zərərçəkmişlərə dəymiş ziyan ödənilib və Seymur Kazımlının barəsində olan həbs-qətimkan tədbiri polis nəzarəti altına vermə imkan tədbiri ilə əvəz edilib.  Dominos pizza

Təqsirləndirilən Seymur Kazımlı “Yeni Sabah”a açıqlamasında bildirdi ki, həqiqətən həmin şəxslərdən pulu alıb ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin məsul əməkdaşına verib. Elə həmin şəxsdə zərərçəkmişlərə dəymiş ziyanı ödəyib. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!