“İnternet nədir ki, belə? İnternet yeməlidir, içməlidir?” - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“İnternet nədir ki, belə? İnternet yeməlidir, içməlidir?” - Xalq artisti

Şou

17 May 2024 10:26 734


Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib. 

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, "Şən gənc" yumoristik verilişində münsiflərdən biri olan sənətkar intenetdən söz açıb. 

Aktrisa internetin nə olduğunu bilmədiyini deyib: "İnternet nədir ki, belə? İnternet yeməlidir, içməlidir? İnternet istifadə olunmalıdır? Məsələn, əgər xörək bişirməyə qazanım, çay qaynatmağa çaydanım, evi süpürməyə süpürgəm olmasa yaşaya bilmərəm. İnternet olmasa, mən bilmirəm nə olar. İnternetin nə olduğunu bilmirəm, tanımıram".  pizza mizza

Proqramın aparıcısı Aysel Novruzovanın "Övladlarınız və ya kimləsə internetlə görüntülü danışmamısınız" sualına A.Bəşirqızı "O sifətim yoxdur ki, hər dəqiqə kimləsə görüntülü danışım" cavabını verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!