İnternetdə tanış olduğu qıza görə dayısı oğlunu öldürən gənc yenidən məhkmə qarşısına çıxarılıb.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən İsmiyev Rəmiş İsmi oğlunun həbs müddəti Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov tərəfindən uzadılıb. Hadisə bu ilin yanvar ayında qeydə alınıb. Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evində 1997-ci il təvəllüdlü İsmiyev Rəmiş İsmi oğlu dayısı oğlu, 1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlunu bıçaqlayaraq öldürüb.
Belə ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub və içki məclisi zamanı aralarında mübahisə yaranıb. Bu zaman Rəmiş bıçaqla dayısı oğluna hücum edərək, onun ürək nahiyəsinə zərbə endirib. 31 yaşlı Cavid Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb. İki qohum arasında mübahisə internetdə tanış olduqları qız üstündə düşüb. Gənclərin hər ikisi həmin qızla görüşmək istəyib. Cavid Muxtarov geyinib görüş üçün qapıdan çıxmaq istəyərkən dayısı oğlu ona mane olub və bıçaqla zərbə vurub. Məlumata görə, hadisə vaxtı Cavid Muxtarovun qardaşı da orada olub və hadisə onun gözləri qarşısında baş verib. Dördpendirli pizza
Azər İsrafilov
Telegram kanalımız