“İnternetə girən kimi şəklimlə tabut görməkdən bir təhər olmuşam. Nə istəyirsiniz məndən?!”

saytların hazırlanması

Evə çatdırılma

“İnternetə girən kimi şəklimlə tabut görməkdən bir təhər olmuşam. Nə istəyirsiniz məndən?!”

Şou

23 May 2021 19:23 4797


Əməkdar artist Yusif Mustafayev yeznəsinin dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan sənətçi hadisənin iki ay bundan əvvəl baş verdiyini, efirlərə çıxmamasına səbəbin bu olmadığını açıqlayıb.

65 yaşlı sənətçi haqqında yanlış xəbərlər dərc edilməsinə sərt reaksiya verib: Dördpendirli pizza

“İki ay bundan öncə bacımın həyat yoldaşı dünyasını dəyişib. Yaşlı adam idi. Mən mərhum dostum Baloğlan Əşrəfova görə efirlərə bir müddətdir çıxmıram. İndi bəzi saytlar götürüb yazırlar ki, “Yusif Mustafayevdən üzücü xəbər”. Mənim şəkillərimlə tabut şəklini birləşdirib dayanmadan tirajlayırlar. Sosial şəbəkələr dayanmadan bunu paylaşır, vallah, daha girinc olmuşam. Səhər açılandan telefonlarım susmur, hamı zəng edib başsağlığı verir. Bu hadisə çoxdan baş verib. Bu xəbərləri çıxaran kimdir, məndən nə istəyir, niyə belə edir anlamıram. Mən artıq bilmirəm nə edim... İnternetə girən kimi şəklimlə tabut görməkdən bir təhər olmuşam. Nə istəyirsiniz məndən?! Teymur getdi, Sabir Əliyev getdi, Baloğlan getdi, indi nə istəyirsiniz?! Məni də öldürməkdir niyətiniz?!”

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!