İnterpolla axtardığımız Arayik Xocavəndin kəndində idman kompleksi açdı... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İnterpolla axtardığımız Arayik Xocavəndin kəndində idman kompleksi açdı... - Fotolar

Rəsmi

24 Oktyabr 2022 21:25 2321


32-ci ildir ki, Azərbaycanın işğal altındakı  torpaqlarında qondarılmış və 44 günlük müzəffər savaşımızdan sonra da  Qarabağın Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində qalan hissəsində tör-töküntüləri sülənən separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan bu gün – oktyabrın 24-də Xocavənd rayonunun işğal altındakı Çartar kəndində olub.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, separatçı rəhbər Çartar kəndində çoxfunksiyalı idman kompleksinin açılışında iştirak edib. Marqarita pizza

A.Arutyunyan idman kompleksinin tikintisini maliyyələşdirmiş  əslən  Çartardan olan və Rusiyada çalışan erməni “xeyriyyəçi” Vladimir Avakyana təşəkkür edib. Qeyd edilir ki, V.Avakyan bu günədək  “Erməni kəndlərinin inkişafı” fondu vasitəsilə Qarabağdakı tikinti-abadlıq işlərinə 10 milyona yaxın vəsait xərcləyib.

Tədbirə Rusiyadan gələn digər qonaqlar, o cümlədən Rusiya erməniləri ittifaqının nümayəndə heyəti də qatılıb.

Zəruri xatırlatma:

İki il öncə -  2020-ci ilin oktyabrında Gəncəyə ballistik raketlər atılması əmrini birbaşa özünün verdiyini etiraf edən Arayik Arutyunyan Azərbaycan dövləti tərəfindən  İnterpolla beynəlxalq axtarışa verilib...

Oktyabrın 12-də Baş prokuror Kamran Əliyev Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanın həbsi barədə danışıb. K.Əliyev jurnalistlərə açıqlamasında A.Arutyunyanın ekstradisiyası ilə bağlı müəyyən prosessual çətinliklərin olduğunu bildirib. Baş prokuror əlavə edib ki, bəzi dövlətlər bununla bağlı zəruri əməkdaşlıq etmir, amma bütün hallarda bu prores gec-tez baş verəcək.

Zəruri arayış:

Çartar – Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi dairəsində kənd.

Kənd Xocavənd şəhərindən 17 kilometr, Xankəndidən 78 kilometr, Bakıdan isə 380 kilometr məsafədədir.

2020-ci ilə olan məlumata görə, burada 2316 nəfər erməni yaşayır.

Çartar 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi bilavasitə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya “sülhməramlı” qüvvələrinin nəzarətinə keçib.

Qeyd edək ki, işğal dövründə separatçı rejim tərəfindən Çartar kəndinə “şəhər statusu” verilib...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!