İntihar edən gənc qız əlaçı tələbə olub -   YENİLƏNİB - FOTO

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən gənc qız əlaçı tələbə olub - YENİLƏNİB - FOTO

Kriminal

29 Mart 2021 12:37 1212


Sumqayıtda intihar edən gənc qızın şəxsiyyəti bəlli olub.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 18 yaşlı xanımın adı Könül Misirlidir. O, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.   pizza mizza

Tam orta təhsilini Sumqayıt şəhər 4 nömrəli məktəbdə başa vurub. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə I yerə çıxıb. Qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olub, lakin ailəsi onun paytaxta gedib-gəlməyinin çətinlik yaradacağını deyərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini tələb edib.

Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!