İntihar edən məmurun 25 gün öncə toyu olubmuş - Foto

saytların hazırlanması

Evə çatdırılma

İntihar edən məmurun 25 gün öncə toyu olubmuş - Foto

Sosial

25 Dekabr 2019 09:12 1378


Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin baş leytenant Rəvan Nəsibov kirayə yaşadığı mənzildə damarlarını kəsərək intihar edib.

"Yeni Sabah" xəbər verir ki, "Qafqazinfo” mərhumla bağlı bir sıra məlumatları əldə edib.

Məlum olub ki, Rəvan Nəsibov yeni ailə həyatı qurubmuş. O, ötən ayın 30-da özünə Bakıda yerləşən "Təbrik” restoranında toy edib. Anasını uşaq ikən itirən Rəvan Nəsibovun atası da keçmiş hərbçidir. Mərhumun qardaşı hazırda hərbi xidmətdədir. Dominos pizza

Yaxınlarının verdiyi məlumata görə, R.Nəsibov hamı ilə mehriban ünsiyyətdə olub. Buna görə 25 gün öncə özünə toy edən 31 yaşlı zabitin hansı səbəbdən intihar etdiyi təəccüblə qarşılanıb.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi R.Nəsibovun ilk iş yeri olub. O, bu qurumda 2 il öncə işə başlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!