İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı

Sosial

17 Noyabr 2025 13:21 2683


Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.

“Yeni Sabah” qafqazinfo-ya istinadla xəbər verir ki, o, bir az əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən çıxıb.

Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub. pizza

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq köməkçisi xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!