Ötən il Qubada qadınla intim videosu yayılan axund, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə sabiq səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyev onun haqqında rəy yazan şəxs barəsində məhkəməyə şikayət edib.
“Yeni Sabah” xəbər verir ki, o, “Xəbər Zamanı” adlı Youtube kanalında yayımlanan “Qubada axundla intim videosu yayılan qadın niyə hakim önünə çıxarılır?” başlıqlı videoya Sabir Əliyev adlı şəxs tərəfindən yazılan rəylərlə bağlı məhkəməyə müraciət edərək ona böhtan atıldığını deyib. Elnur Əfəndiyev bildirib ki, S.Əliyev yazdığı şərhlərdə onu təhqir edərək onda mənəvi sarsıntılar yaşadıb.
Quba Rayon Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Elnur Əfəndiyevin bu şikayəti təmin olunmayıb. Bildirilib ki, onun məhkəməyə təqdim etdiyi dəlil əsassızdır və Sabir Əliyevin əməllərində Cinayət Məcəlləsinin 147.1-ci ( Böhtan) və 148-1-ci (Təhqir) maddələrinin tərkibi yoxdur. pizza mizza
Sözügedən video kanala 2021-ci ilin aprelin 11-də yerləşdirilib. Həmin videoya Sabir Əliyev adlı istifadəçi tərəfindən “5 barmağım kimi yaxşı tanıyıram. Hiyləgər, şorgöz, həyasız, öz arvadını başqasına kəbin edən dəyyusdan bətər birisi” kimi rəylər yazılıb.
Xatrladaq ki, Elnur Əfəndiyev 2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin edilmişdi. 2021-ci ildə sosial şəbəkələrdə onun bir qadınla intim münasibətlərini əks etdirən görüntülər yayılıb. Bundan sonra Elnur Əfəndiyev vəzifəsindən kənarlaşdırılıb.
Nəzrin Cavadzadə
Telegram kanalımız