“İnvest-Az İnvestisiya Şirkəti” 2024-cü ili 2,29 milyon manat xalis mənfəətlə bitirib.
“Yeni Sabah” xəbər verir ki, bu əvvəlki ilə nisbətən 4,3% azdır. İnvestisiya şirkətinin 2023-cü ildə 2,39 milyon manat xalis mənfəət açıqlamışdı.
2024-cü ildə “İnvest-Az”ın ümumi gəlirləri 14.2% artaraq 14,56 milyon manata yüksəlib. Bu isə əsasən marja ticarətindən xalis gəlirlər və xalis gəlirlərin hesabına olub. Belə ki, marja ticarətindən xalis gəlirlər 10,8% artaraq 13,32 milyon manata (2023: 12,09 milyon AZN), komissiya gəlirləri isə iki dəfə artaraq 1,16 milyon manata yüksəlib. pizza
İnvestisiya şirkətinin gəlirləri yanaşı, xərclərində 19,3% artım müşahidə edilib və 9,8 milyon manatdan 11,74 milyon manata yüksəlib.
Hesabat dövrüdə şirkətin inzibati və digər əməliyyat xərcləri 21,2% artaraq 10.11 milyon manata bərabər olub. Faiz xərcləri isə 939,2 min manatdan 856,4 min manata enib.
Nəticədə şirkətin əməliyyat mənfəəti əvvəlki ilə nisbətən daha az olub, yəni 2,9 milyon manatdan 2,82 milyon manata enib.
Şirkət həmçinin, 2023-cü ilə nisbətən 14,3% az, yəni 558,3 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, 1 yanvar 2025-ci il tarixinə “İnvest-Az”ın cəmi aktivləri 43,68 milyon manat, cəmi öhdəlikləri 35,3 milyon manat, cəmi kapitalı isə 8,37 milyon manat təşkil edib.
Telegram kanalımız