İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiqləndi

Sosial

30 May 2025 17:50 368


Müəyyən edilmiş müddətdə haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsisçisi cərimələnəcək.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün rəqəmsal platforma təsirçisinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!