13 dekabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Qoşeh ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Telegram kanalımız