İqbal Ağazadə Cabir İmanov haqda dediklərindən danışdı 

saytların hazırlanması

Evə çatdırılma

İqbal Ağazadə Cabir İmanov haqda dediklərindən danışdı 

Siyasət

30 Sentyabr 2025 08:46 9683


Əməkdar artist Cabir İmanovun vəfatından sonra sosial şəbəkələrdə onun vaxtilə mitinqdə insanlara qarşı zorakılıq etməsi, həmçinin 2013-cü ildə həbs edilən Ümid Partiyasının lideri İqbal Ağazadənin onu işgəncələrdə ittiham etməsinə dair görüntülər təkrar paylaşılır.

“Yeni Sabah” bildirir ki, İqbal Ağazadə özünün sosial şəbəkə hesabında Cabir İmanovun ölümü haqqında yazıb. Partiya sədri vaxtilə dediklərinin təkrar yayılmasından narahat olduğunu dilə gətirib:

“Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin! pizza hut

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar.

Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!