İqbal Məmmədov “Relax“ qalmaqalı barədə:   “Qəti şəkildə qınayıram“

saytların hazırlanması

Evə çatdırılma

İqbal Məmmədov “Relax“ qalmaqalı barədə: “Qəti şəkildə qınayıram“

Sosial

19 Avqust 2019 15:44 1693


Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş vermis insidentlə əlaqədar KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

"Yeni Sabah" bildirir ki, deputat İ.Məmmədov bu barədə açıqlama yayıb. O bildirib ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur.

İstirahət mərkəzində baş vermis insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Sezar pizza

Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər.

Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək.

Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar yalandır və heç bir hüquqi əsası yoxdur.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!