İqbal Məmmədovun şirkəti 2024-cü ilə bu qədər borcla girir

saytların hazırlanması

Evə çatdırılma

İqbal Məmmədovun şirkəti 2024-cü ilə bu qədər borcla girir

İqtisadiyyat

31 Dekabr 2023 20:28 1925


Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkəti dövlətə milyonlarla borcu qalmaqdadır. 

“Yeni Sabah” xəbər verir ki, Valyuta.az-ın məlumatına görə, deputatın qardaşı Fərmanın oğlu Ramiz Məmmədoun adına olan şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 9 milyon 392 min 859 manat 77 qəpik vergi borcu var. 

Qeyd edək ki, ötən ilin fevral ayında bu rəqəm 9 milyon 666 min 469 manat 63 qəpik təşkil edib.  2023-cü ilin bitməsində bir gün qalmasına baxmayaraq deputatın şirkəti 2024-cü ilə də vergi borcu ilə daxil olur. pizza sifarişi

Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!