İqlim üçün balinalar ağaclardan daha faydalıdır - Elmi araşdırma

saytların hazırlanması

Evə çatdırılma

İqlim üçün balinalar ağaclardan daha faydalıdır - Elmi araşdırma

Dünya

28 Sentyabr 2019 11:15 1380


Balinalar havadakı karbon miqdarının azaldılmasında ağaclardan daha təsirlidir.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu Beynəlxalq Valyuta Fondu və Böyük Balina Mühafizəsi Təşkilatının hesabatında yer alıb.

Aparılan araşdırmalar göstərib ki, qlobal istiləşməyə səbəb olan atmosferdəki karbon qazının miqdarını balinalar azalda bilərlər. pizza

Hesabata görə balinaların nəcisi dünyadakı oksigen miqdarının 50%-ni təmin edən mikroskopik fitoplanktonların əsas yemidir. Həmin orqanizmlər atmosferdən 37 milyard ton karbonu özlərinə çəkirlər. Bu isə Amazon meşələrindəkindən 4 dəfə çox - yəni, 700 milyard ağacın işinə bərabərdir.

Bildirilir ki, balinalar həyat boyu təxminən, 33 ton karbonu bədənlərində cəmləyirlər. Balina öldükdə onun bədəni ilə birgə karbon qazı da dənizin dibinə çökür. 

Bir balinanın ekosistemə təxminən, 2 milyon dollarlıq xeyir verir.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!