“İqtidar daxilində prezidentə mane olmaq istəyənlər var” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“İqtidar daxilində prezidentə mane olmaq istəyənlər var” - Açıqlama

Siyasət

13 Aprel 2019 00:48 1190


“Ölkədə aparılan islahatların sürətləndirilməsi üçün islahatların mexanizmini hazırlayan komissiyanın yaradılması prosesin sürətlənməsinə təkan verər. İlk gündən biz bir müxalifət partiyası olaraq aparılan islahatlara dəstəyimizi nümayiş etdirmişik”.

“Yeni Sabah” xəbər verir ki, bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev həm Milli Məclisdəki çıxışlarında, həm də mətbuata verdiyi açıqlamlarında bunu xüsusi olaraq qeyd edib. O, həmin komissiyaya I Vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsinin təklif olunduğunu qeyd edib: 

“Azərbaycanda indiyə qədər görülən işlər islahatların genişləndirilməsinə və ölkənin yeni bir mərhələyə keçidinə imkan verir. Bu baxımdan da hazırda ciddi kadr islahatları aparılmalı, hökumət yeni düşüncəli, savadlı, uzun illər siyasətdə olan və hər zaman dövlət maraqlarını müdafiə edən, mütərəqqi və bilikli insanlar hesabına gücləndirilməlidir. Hətta Milli azadlıq hərəkatının iştirakçısı olmuş, siyasətdə uzun illər formalaşmış, müsbət imicli və hazırlıqlı şəxslərin də islahatların həyata keçirilməsinə cəlb olunması ona ictimai dəstəyi xeyli artıra bilər”. Toyuqlu pizza

N. Orduxanlı qeyd edib ki, prezidentin apardığı islahatları hakimiyyət komandası daxilində qəbul etməyən, imkan düşdükcə maneə törədən qüvvələr var: “Açıq şəkildə bunu görmək olur. Görülən işləri həzm edə bilməyən qüvvələr radikal müxalifətlə birlikdə proseslərə mane olmağa çalışırlar. Hətta bunlar xaricdən hakimiyyətə söyüş yağdıran qüvvələri maliyyələşdirir, islahatları gözdən salmağa, sabitliyi pozmağa çalışırlar. 

Əsas məqsədləri ölkədə sabitliyi pozmaqdır. İstənilən məişət problemini gündəmə gətirib “ səs-küy” yaratmağa cəhd edirlər. Bunların bir mərkəzdən idarə olunduğunu görməmək mümkün deyil. Bu adamlar dərhal aşkarlanmalı və ifşa edilməlidirlər. Əsas məqsədləri islahatları durdurmaqdır. Buna görə də, hökumət cəsarətli və ağıllı addımlar atmalıdır. Bu qüvvələr həqiqətən cəmiyyətimizin inkişafı yolunda böyük problemə çevriliblər. Sosial şəbəkələrdən geniş istifadə edən siyasətçi kimi bildirmək istəyirəm ki, aparılan islahatları xalq ciddi şəkildə dəstəkləyir. Bu gün Azərbaycanda tək Facebook-da 3 milyon insan qeydiyyatdan keçib. Onların rəylərini, yazdıqları statusları oxuduqca, açıq-aşlar  görünür ki, aparılan islahatlara cəmiyyət tərəfindən böyük dəstək var”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!